EN

Çin “Tianhui-4” peykini uğurla orbitə buraxıb

Bu gün Çin şimal-qərbdəki Tszyutsyuan kosmodromundan yeni peyki uğurla orbitə buraxıb. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

"Tianhui-7" peykinin buraxılışı Bakı vaxtı ilə saat 08:12-də ""Çançjen -4B" (Long March-4B, Uzun Mars-4B) daşıyıcı raketi vasitəsilə həyata keçirilib. Aparat uğurla təyin olunmuş orbitə çıxıb.

"Tianhui-7" peyki əsasən geoloji məlumatların xəritələşdirilməsi, torpaq ehtiyatlarının inventarlaşdırılması və elmi təcrübələr, tədqiqatlar aparmaq üçün nəzərdə tutulub.

Hazırkı uçuş missiyası "Çançjen" seriyalı daşıyıcı raketlər üçün 622-ci missiya olub.

Almaz Həsənli

Chosen
88
oxumeni.az

1Sources