
Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına PUA ilə hücumu Rusiyanın danışıqlar mövqeyinin sərtləşməsinə səbəb olacaq.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hücumun diplomatik nəticələri olacaq, lakin təfərrüatlar açıqlanmayıb. Peskov qeyd edib ki, hava hücumundan müdafiə sistemləri bütün dronları məhv edib.
Kremlin sözçüsü vurğulayıb ki, buna baxmayaraq, Rusiya danışıqlar prosesindən imtina etmir və dialoqu, əsasən, ABŞ-la davam etdirməyi planlaşdırır.
Rusiya XİN rəhbəri Sergey Lavrovun sözlərinə görə, dekabrın 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya Prezidentinin iqamətgahına 91 PUA ilə hücum edib. ABŞ Prezidenti Donald Tramp hücumdan qəzəbləndiyini bildirib, BƏƏ hadisəni pisləyib, Hindistanın Baş naziri Narendra Modi isə narahatlığını ifadə edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücumun Rusiya Prezidentinə qarşı yönəlmədiyini bildirib.
Seyranə QuliyevaMissiya.Az