EN

Aktauda Türkmənistan Prezidentinin kitabının təqdimat mərasimi keçirilib

BAKI, 30 dekabr. TELEQRAF

Qazaxıstanın Aktau şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın neytrallığı: Sülh və etimada işıqlı yol” kitabının təqdimatı keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təqdimatda bildirilib ki, kitab Türkmənistanın inkişafının əsas mərhələlərini əhatə edir və mövcud beynəlxalq kontekstdə onun daimi neytrallıq siyasətinin mahiyyətini ortaya qoyur. Nəşrdə ardıcıl dövlət siyasətinin nəticəsi olaraq ölkənin iqtisadiyyat, nəqliyyat, mədəniyyət və diplomatiya sahəsindəki təcrübəsi araşdırılıb.

Chosen
29
teleqraf.com

1Sources