EN

TBİLİSİDƏN BAKIYA BİLET BİTİB: ən tez yanvarın 2 nə bilet var 1213 manata...

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanda yaşayan soydaşlarımız AZAL və onun fəaliyyətindən narazılıq edir.

Bu barədə Mia.az-a məlumat verən soydaşlarımız deyir ki, COVİD böhranından sonra quru yolların bağlanmasından sui-istifadə edən AZAL Gürcüstana - xüsusilə Tbilisi-Bakı reysinə bilet qiymətini kəskin artırıb: "Biz illərdir Bakıya yaxın qohumların xeyir-şərinə, yaxud doğmalarımızı görməyə çətinliklə gəlib gedirik. Bakıdan Tbilisiyə bir-ay əvvəldən bilet alanda, 150-200 manata almaq mümkündür. Lakin Tbilisidən Bakıya 5 ildir 300-400 manatdan aşağı bilet heç vaxt almaq mümkün olmayıb. İndisə biletlərin qiyməti kəskin artıb".

Soydaşlarımızdan biri deyir ki, Yeni illə bağlı Bakıya nəvələrini görməyə gəlmək istəyib: "İndi baxırıq, yanvarın 2-dək bilet yoxdur. Yanvarın 2-nə olan biletin qiyməti isə 1213 manatdır. Bu, Tbilisidən ABŞ-a, Kanadaya biletdən belə bahadır. 40 dəqiqəlik yola bu qədər qiymət qoymaq nə dərəcə haqlıdır? Belə dərəbəylk olmaz, axı"

Soydaşımızın sözlərinə görə, Yeni ilə görə bu gün və sabah üçün Bakıda olmaq istəyənlər məcbr qalıb 50 avroya Türkiyəyə bilet alırlar: "Biz buradan Türkiyəyə 50-60 avroya gedirik. İndi məcbur qalan çox adam belə edir. Tbilisidən Türkiyəyə, oradan da Bakıya bilet alırlar. Belə tək gediş haqqı 600-700 manata maşa gəlir. Barı heç olmasa, Yeni ilə görə 1=2 gün quru yolu açmaq olmaz? Axı, AZAL elə dərbəylik edir ki, vallah, bunu Allah götürməz.."

Samir MUSAYEV

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
mia.az

1Sources