EN

Rusiya-Ukrayna danışıqları: Bölgə ya silahsızlaşdırılmalıdır, ya da…

"Elə məsələlər var ki, prezident Volodimir Zelenski güzəşt etsə belə, Ukrayna xalqı o güzəştə getməyəcək. Zelenski özü də vurğulayıb ki, ərazi güzəşti məsələləri mütləq referendumla həll olunmalıdır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlham İsmayıl deyib.

Onun sözlərinə görə, referendum üçün isə atəşkəs lazımdır:

"Məsələ ondadır ki, Donald Trampın məsələyə yanaşması demək olar ki, dəyişməyib. Zelenskini hazırda istefaya, seçkilər keçirməyə məcbur edirlər. Hətta ölkədə hərbi vəziyyət ləğv olunmadan seçki keçirilməsini istəyirlər. Bununla bağlı qanunverici orqanda ilk iclas keçirilib. Olduqca çətin prosesdir. Çünki seçkilərdə xarici nümayəndələr də iştirak etməlidir, onların təhlükəsizliyi necə olacaq? Həm şəffaflıq sual altındadır, həm də insanların seçki prosesində iştirakı mürəkkəbdir”.

Müsahibimiz vurğulayıb ki, seçki üçün atəşkəsin əldə olunması zəruridir. 20 bəndlik maddələrin üzərində növbəti dəfə işlənilib və görünür, orada əlavə güzəştlər də nəzərdə tutulur.

İlham İsmayıl: Trampla Zelenski arasında hansısa məsələdə razılaşma olsa belə Rusiya bununla razılaşmayacaq

İ.İsmayıl qeyd edib ki, əgər Ukrayna geri çəkilirsə, Rusiya da geri çəkilməlidir. Dediyinə görə, bölgə ya silahsızlaşdırılmalıdır, ya da "azad iqtisadi zona" olmalıdır. Rusiya isə ora öz hərbi qüvvələrini yerləşdirəcəyini deyir. Ukrayna bunu qəbul etmir və bölgənin mülki cəhətdən Kiyevə tabe olduğunu vurğulayır:

“Bir həftə ərzində Rusiya tərəfindən konkret bir ifadə yoxdur. Moskva ortada müzakirə olunan sülh sənədinə dair fikir bəyan etmir, hansı məsələyə "hə", hansına "yox" dediyini açıqlamır. Fakt odur ki, Rusiya hərbi təcavüzü davam etdirir, Kiyevi amansızcasına vurur. Proses göstərir ki, hətta Tramp və Zelenski arasında hansısa məsələdə razılaşma olsa belə Rusiya bununla razılaşmayacaq".

Aydın Baxış

Chosen
31
1
bakivaxti.az

2Sources