EN

Tramp anons etdi: Bu ölkə də İsraillə dil tapıb, “İbrahim sazişləri”ni imzalayacaq

Səudiyyə Ərəbistanı İsrail ilə münasibətləri normallaşdırmaq üçün “İbrahim sazişləri”nə qoşulacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Amerika lideri qeyd edib ki, sazişlərdə iştirak edənlərin dairəsinin genişləndirilməsi prosesi olduqca tez davam edəcək. "Səudiyyə Ərəbistanı çox yaxşı olub. Anladığım qədəri ilə, onlar İsraillə yola getmək üçün xahiş edə biləcəyimiz hər şeyi ediblər", - Tramp deyib.

ABŞ prezidenti Ər-Riyadın yəhudi dövləti ilə münasibətlərini rəsmiləşdirəcəyinə əminliyini ifadə edib:

“Onlar yola gedəcəklər və bir anda “İbrahim sazişləri”ni imzalayacaqlar".

Chosen
53
4
publika.az

5Sources