Bakı. Trend:
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd ediləcək.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının MədəniyyətNazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdəAzərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvaninin 900illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyatakeçirməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.
Sərəncamda qeyd olunub ki, 2026-cı ildə Azərbaycan memarlığınıngörkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi ƏcəmiƏbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur:
"Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeniistiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklikgətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanındövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylərdövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənətmərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. ƏcəmiNaxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimaifikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Naxçıvanşəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olanMöminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləmininşah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililəröz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsizgözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsiməktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərqölkələrinin memarlığına güclü təsir göstərmişdir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildəkeçirilmişdir. Qüdrətli memarın 900 illiyinin UNESCO çərçivəsindəqeyd olunan yubileylər siyahısına daxil edilməsi bütövlükdəAzərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərininbeynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır".