Spiker həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev avqust ayının 7-də və 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkəyə tarixi səfər edib. Səfər çərçivəsində əldə edilmiş Vaşinqton razılaşmaları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması və regional sabitliyin möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət daşıyır.
Bu hadisə ilə əlaqədar sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyasının keçirildiyini xatırladan Sahibə Qafarova deyib ki, sessiyada aparılan müzakirələrdə Vaşinqton razılaşmaları dövlət başçısı cənab İlham Əliyevin sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsi, uzaqgörən, ardıcıl və praqmatik siyasətinin nəticəsi kimi qiymətləndirilib və iclasın yekununda Milli Məclisin xüsusi bəyanatı qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31