EN

İlin ən dəyərli qapıçılarının siyahısını açıqlandı

“Transfermarkt” portalı 2025-ci ilin ən dəyərli qapıçılarının siyahısını açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Siti” klubunda çıxış edən Canluici Donnarumma başçılıq edir. FİFA tərəfindən ilin ən yaxşı qapıçısı seçilən italiyalının bazar dəyəri 45 milyon avro olaraq göstərilib.

40 milyon avro dəyərlə Dioqu Koşta (“Portu”), Qreqor Kobel (“Borussiya” Dortmund), Bart Verbrüggen (“Brayton”) və Lüka Şevalye (PSJ) 2–5-ci pillələri bölüşürlər.

İlk “10-luq”da həmçinin Mile Svilar (“Roma”) – 35 milyon avro, David Raya (“Arsenal”) – 32 milyon avro, İnyaki Penya (“Barselona”) – 30 milyon avro, Qulyelmo Vikario (“Tottenhem”) və Anatoli Trubin (“Benfika”) – hər biri 28 milyon avro ilə yer alıb.

Chosen
43
14
idmanxeber.az

10Sources