EN

Paytaxtda yol hərəkətinin yenidən təşkili ilə bağlı yeni layihə tətbiq olunub (FOTO)

Bakı.Trend:

Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkətiştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunmasıməqsədilə daha iki layihə icra edilib.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Xətai rayonunun Süleyman Vəzirov küçəsindəhərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyat axınınındaha səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyatakeçirilib. Küçə boyu yol nişanları və nişanlanma xətləri normativtələblərə və standartlara əsasən yenidən təşkil olunub. Bu,sürücülər və piyadalar üçün daha aydın, oxunaqlı və təhlükəsizhərəkət mühiti formalaşdırmağa xidmət edir.

Bakı Avropa Liseyinin yerləşdiyi ərazidə maksimal sürət həddisaatda 30 kilometr, küçə boyunca isə saatda 40 kilometr müəyyənedilib. Bu qərar piyadaların təhlükəsizliyinin təmin olunmasıbaxımından mühüm əhəmiyyət daşıyır və beynəlxalq təcrübəyə uyğun“təhlükəsiz məktəb zonası” yanaşmasını əks etdirir.

Eyni zamanda, Süleyman Vəzirov küçəsinin Babək prospekti iləkəsişməsində hərəkət sxemi optimallaşdırılıb. Belə ki, SüleymanVəzirov küçəsindən Məşədi Hilal Kazımov küçəsi istiqamətindədüzünə, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində isəsola hərəkətə imkan yaradılıb. Xaqani Rüstəmov küçəsində təmirişləri aparıldığı nəzərə alınaraq, Süleyman Vəzirov küçəsindənşəhər mərkəzi istiqamətində yeni alternativin yaradılması xüsusiəhəmiyyət kəsb edir. Ərazidə quraşdırılan işıqforlar hazırda testrejimində fəaliyyət göstərir.

Beləliklə, Ağ Şəhər ərazisinə giriş-çıxış üçün daha rahatalternativ marşrutlar formalaşdırılıb, nəqliyyat axınlarınınpaylanması yaxşılaşdırılıb, pik saatlarda Babək prospektindəyaranan geriyə dönmə yerlərində yüklənmənin azalmasına şəraityaradılıb.

Digər layihə çərçivəsində Biləcəri qəsəbəsinin Rəşid İsmayılovvə Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidəntəşkil edilib. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforlanizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayışkompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsününaltında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxtistiqamətində hərəkət edə bilirlər. Layihəyə uyğun olaraq, ərazidətəhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb,kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsizhərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eynizamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılıb,yeni yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkiledilib.

Qeyd edək ki, layihənin icrasından əvvəl Yəhya Hüseynovküçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindənpaytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıtşosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığındayerləşən yol qovşağından geriyə dönərək hərəkət etməkməcburiyyətində qalırdılar. Bu da 3 km-dən çox izafi nəqliyyatyürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavəyüklənməsinə gətirib çıxarırdı. Bununla yanaşı, kəsişmədə piyada vəyol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyildi.

Görülən tədbirlər ümumilikdə şəhər nəqliyyat sistemininfunksionallığını artırmaqla yanaşı, təhlükəsizlik, rahatlıq vədavamlı hərəkət prinsiplərinə uyğun müasir yol mühitininformalaşdırılmasına xidmət edir.

Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Məqalədə:
Chosen
28
2
az.trend.az

6Sources