EN

Futbolda ofsaydla qaydaları dəyişir? - Bu tarixdə dəqiqləşəcək

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) ofsayd qaydasında mümkün dəyişiklikləri yanvarın 20-də Londonda keçiriləcək iclasda müzakirə etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Qeyd olunur ki, dəyişikliklər təsdiqlənərsə, yeni qaydalar 2026/27 mövsümündən etibarən qüvvəyə minəcək.

Təklifin təşəbbüskarı FİFA-nın qlobal futbolun inkişafı üzrə rəhbəri və “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerdir. Onun irəli sürdüyü ideyaya əsasən, hücumçunun qol vurmağa icazə verilən bədən hissəsinin istənilən hissəsi sonuncudan əvvəlki müdafiəçinin xəttində və ya ondan geridə yerləşirsə, bu vəziyyət ofsayd sayılmamalıdır.

Chosen
80
publika.az

1Sources