EN

QHT tərəfindən konsert proqramı təşkil edildi - FOTOLAR/ VİDEO

“İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə  konsert tədbiri keçirilib.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi milli birlik və həmrəylik ideyalarını təbliğ etmək, cəmiyyət üzvlərini bir araya gətirmək, eyni zamanda istedadlı uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək olub. Bayram tədbiri rəsmi açılışla başlayıb, Həmrəylik Gününün tarixi və əhəmiyyəti vurğulanıb, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən bəhs edilib. Konsert proqramı müxtəlif yaş qruplarını təmsil edən ifaçıların musiqi nömrələri, şeir və rəqsləri ilə yadda qalıb. Rəngarəng və maraqlı çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir boyunca səmimi bayram ab-havası hökm sürüb, iştirakçılar Yeni ilin sevincini birlikdə bölüşüblər. Konsert proqramı qonaqlara xoş ovqat bəxş etməklə yanaşı, həm də milli həmrəyliyin möhkəmləndirilməsinə, istedadların tanıdılmasına və cəmiyyətin mədəni həyatının canlandırılmasına töhfə verib.

Tədbirin sonunda uşaqlara diplom və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Chosen
100
qht.az

1Sources