EN

Röyanın İcra Hakimiyyətindəki bu görüntüləri GÜNDƏM OLDU

Xalq artisti Röya Ayxanın Xətai Rayon İcra Hakimiyyətində keçirilən rəsmi tədbirdəki geyimi qalmaqala səbəb olub.

“Yeni Sabah” bildirir ki, görüntülər sosial şəbəkələrdə tənqid olunub.

Sənətkara “Xalq artisti” adı xalqın sevgisinə, etimadına görə verilir. Amma bizdə bu ad bəzən elə bil səhnədən kənarda, qarderobun içində itir. Çünki düşünürsən, ölçürsən, biçirsən, yenə də anlaya bilmirsən: bu titul insana hansı məsuliyyətin müqabilində verilir? Səsə görə? Populyarlığa görə? Yoxsa “toxunulmazlıq” statusuna görə?

Bu mövzu illərdir dartılıb-uzadılan, amma cavabı tapılmayan bir müzakirədir. Elə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində də yenidən gündəmə gəldi. 

Şou aləmimiz adətən bu günlərdə “həmrəylik” nümayiş etdirir. Xeyriyyə konsertləri, sosial tədbirlər, paylaşımlar ard-arda gəlir. Bu dəfə də istisna olmadı. Xalq artisti Röya Ayxan 25 illik səhnə fəaliyyətini arxada qoyduğu bir ildə, dekabrın 29-da Cəmişid Naxçıvanski adına Hərbi Liseydə Yeni il konserti verdi. Tədbir Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutdu. 

Yəni söhbət adi klub səhnəsindən yox, rəsmi, hərbi və ideoloji məkanlardan gedir.

Məsələ də elə buradan başlayır.

İfaçının bu konsert çərçivəsində seçdiyi libas sosial mediada birmənalı qarşılanmadı. İndi adətən olduğu kimi “geyim əxlaq ölçüsü deyil” arqumenti dövriyyəyə buraxılacaq. Amma problem açıq-saçıqlıqda deyil. 

Xalq artisti görüş ərəfəsində “Heydər Əliyev Muzeyi” və “Şəhidlər Muzeyi”ni ziyarət edib. Bu məkanlar pafoslu pozalar üçün yox, daxili məsuliyyət üçün nəzərdə tutulub. Burada geyim sadəcə parça deyil, mesajdır. Və bu mesaj bu dəfə xoş aura yaratmadı. Ən azından sənətçi düşünməli idi ki, rəsmi şəxslərlə, hərbçilərlə, şəhid xatirəsi ilə bağlı məkanda “rahat səhnə obrazı”, “idman forması” hər kəs tərəfindən eyni cür qəbul olunmur.

Burada söhbət “müasirlikdən” də getmir. Söhbət hörmətdən gedir. Vaxtilə Nigar Camalın da rəsmi görüşlərdə seçdiyi libaslar sosial medianı ayağa qaldırmışdı. Deməli, problem fərdi yox, sistemlidir. Bizdə sənət adamı səhnədən düşəndə də səhnə obrazını çıxarmağı unudur.

Yəni, burada məsuliyyət təkcə Röyanın aid deyil, tədbirin təşkilatçısı olan İcra Hakimiyyəti bu geyimdə Ulu Öndər Heydər Əliyevin büstü qabağına və özü də rəsmi tədbirdə idman geyimində sayğı duruşu etməyi hansı məntiqlə izah edə bilər?! Yəni, məsələ bu qədər “rahatdırmı”?!

Burada hədəf Röya olmalı deyil...

Aydan Hacı 


Telegram kanalımız
Chosen
38
1
yenisabah.az

2Sources