EN

Ədliyyə naziri medalla təltif olunmuş və hakim təyin edilmiş əməkdaşlarla görüşüb

Ədliyyə Nazirliyində keçirilən tədbir çərçivəsində nazir Fərid Əhmədov Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında” müvafiq Sərəncamına əsasən medalla təltif olunmuş əməkdaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş nazirliyin bir qrup əməkdaşına medallar təqdim olunub.

Nazir təltif olunan əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qanunçuluq, obyektivlik və məsuliyyət prinsiplərinə daim sadiq qalmağın vacibliyini vurğulayıb.

Eyni zamanda, ədliyyə naziri bir sıra birinci instansiya məhkəmələrinin hakimləri vəzifəsinə təyin edilmiş ədliyyə işçiləri ilə görüş keçirib.

Nazir qeyd edib ki, əməkdaşların hakim vəzifəsinə seçilməsi onların uzunmüddətli fəaliyyəti, yüksək peşəkarlığı və hüquqi sahədə qazandıqları zəngin təcrübənin nəticəsidir.

Bildirilib ki, belə təyinatlar ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə və məhkəmə-hüquq sisteminə ictimai etimadın möhkəmləndirilməsinə xidmət edir.

Əməkdaşlar göstərilən etimada görə təşəkkürlərini bildirərək, üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini qeyd ediblər.

Chosen
33
4
azerbaijan-news.az

5Sources