EN

Nepalda keçmiş reper Baş nazirliyə namizəd oldu

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Keçmiş reper Balendra Şah 2026-cı ilin martında Nepalda keçiriləcək seçkilərdə Baş nazirliyə namizədliyini irəli sürüb.

525.az xəbər verir ki, bu barədə “BBC Nepali” məlumat yayıb.

Bildirilib ki, hazırda Katmandu meri vəzifəsini tutan keçmiş reper Rastriya Swatantra Partiyası (RSP) ilə 5 mart 2026-cı il tarixində keçiriləcək seçki üçün yeddi maddəlik müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə, Şah parlament qrupunun lideri və Baş nazirliyə namizəd olacaq. RSP-nin sədri və keçmiş Baş nazirin müavini Rabi Lamiçhane isə partiyaya rəhbərlik etməyə davam edəcək.

Təxminən 30 milyon əhalisi olan Nepalda Nümayəndələr Palatasına 275 üzv seçiləcək.

Qeyd edək ki, bu il sentyabrın 4-də hökumətin feysbuk, instaqram, votsap, yutub, X və digər sosial media platformalarını bloklamasından sonra ölkədə gənclərin liderliyi ilə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Nümayişlərdə 74 nəfər həyatını itirib. Bir çox nazirin istefası ilə nəticələnən həmin dövrdə etirazların zorakılığı artaraq siyasi liderlərin evlərinə və ictimai binalara hücumlar olub. Nəticədə Baş nazir Xadqa Prasad Şarma Oli 9 sentyabrda istefa verib. 12 sentyabrda Ali Məhkəmənin keçmiş baş hakimi Suşila Karki müvəqqəti Baş nazir vəzifəsini tutub.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
525.az

1Sources