EN

Qazaxıstan Prezidenti Tokayev LGBT və pedofili təbliğatını qadağan edən qanunu imzalayıb

Qazaxıstan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Prezident Kasım-Jomart Tokayev ölkədə LGBT və pedofili təbliğatını məhdudlaşdıran qanunu imzalayıb.

Editor.az xəbər verir ki, imzalanan qanun media, telekommunikasiya şəbəkələri və onlayn platformalarda LGBT və pedofili təbliğatının qadağan edilməsini nəzərdə tutur. Müvafiq müddəalar arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər çərçivəsində qəbul olunub.

Yeni qanuna əsasən, pedofili və ənənəvi olmayan cinsi yönümlərin təbliğinin ictimai məkanlarda, kütləvi informasiya vasitələrində və internet resurslarında yayılması qadağan edilir. Bu çərçivədə Qazaxıstanda 12 qanuna, o cümlədən Əmək Məcəlləsinə dəyişiklik və əlavələr edilib. Dəyişikliklər əsasən uşaq hüquqları, reklam fəaliyyəti, kütləvi informasiya vasitələri və onlayn platformalar sahələrini əhatə edir.

Qazaxıstan Prezidentinin Mətbuat Xidmətinin açıqlamasında bildirilib:

“Dövlət başçısı tərəfindən Qazaxıstan Respublikasının arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması məsələləri üzrə bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında Qazaxıstan Respublikasının Qanunu imzalanıb”.

 

//Gülnarə Abasova, Editor.az

Chosen
54
editor.az

1Sources