"Qlobo Futbol" mükafatlandırma mərasimində Pol Poqbanın "ilin geri dönüşü" nominasiyasında qalib gəlməsi futbol camiəsində birmənalı qarşılanmayıb.
Fanat.Az xəbər verir ki, keçmiş fransalı futbolçu Cimmi Kabo, Pol Poqbaya verilən bu mükafatı sərt şəkildə tənqid edərək, seçimdə ədalətsizliyə yol verildiyini bildirib.
Cimmi Kabo öz etirazını bu sözlərlə ifadə edib:
"Matye Udol dörd dəfə çarpaz bağ zədəsi yaşadıqdan sonra bu il "Lans"da əsas heyətdəki yerini geri qazandı. Nabil Bentaleb isə ürək tutması keçirdikdən sonra yaşıl meydanlara qayıtdı və qol vurdu. Pol Poqba isə dopinq səbəbindən futboldan uzaqlaşdırılmışdı, lakin mükafatı ona verdilər".
Qeyd edək ki, dopinq qalmaqalı ilə gündəmə gələn Pol Poqbanın bu mükafatı alması xüsusilə ağır xəstəlik və zədələrdən sonra böyük iradə nümayiş etdirən digər idmançıların kölgədə qalması kimi qiymətləndirilir.
Kamil Xudiyev