Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü Aydın Azərbaycanın hüdudlarından kənarda qeyri-rəsmi münasibətdə olduğu tacikəsilli Şahnaz adlı qadını qətlə yetirməkdə ittiham olunub.
Publik.az Teleqraf-a istinadla xəbər verir ki, Aydın Şahnazı xüsusi amansızlıqla öldürmək üsulu seçib.
İstintaq materiallarına görə, 2023-cü il sentyabrın 23-də Rusiya vaxtı ilə saat 06 radələrində Aydın Moskva vilayətinin Serpuxov şəhərində saxladığı QAZ-2705 markalı avtomobildən plastik qabda benzin və alışqan götürərək Şahnazın yaşadığı evin giriş qapısına yaxınlaşıb. O, benzini qadının üzərinə və bədəninə tökərək alışqanla yandırıb.
Şahnaz dəfələrlə ondan aman diləsə də, Aydın buna məhəl qoymayıb. Qadın aldığı ağır yanıq xəsarətləri nəticəsində vəfat edib.
İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 12.1 və 120.2.4-cü (Azərbaycanın hüdudlarından kənarda, xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.