Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
"Yeni Sabah" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmrlər imzalayıb.
Məlumata görə, RİH-in Aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kamran Sədullayev vəzifəsindən azad olunub.
O, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilib.
Telegram kanalımız