EN

Bəzi insanlar niyə kivi yeməkdən çəkinməlidirlər?

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Terapevt Donald Qrant bəzi insanların alma, kivi və çiyələk yeməkdən çəkinməli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, o, bu məhsullara olan həvəsin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini "Mirror" ilə söhbətində diqqətə çatdırıb.

Qrantın sözlərinə görə, onun xəstələrinin bəziləri fruktozanın - meyvələrdə olan şəkərin 0 həzmində çətinlik yaşayır.

"Bu, qarında şişkinlik, artan qaz əmələ gəlməsi və hətta ishal kimi simptomlara gətirib çıxara bilər. Bəzi hallarda isə meyvələr allergik reaksiyaya səbəb ola bilər. Xüsusilə, alma ən çox rast gəlinən qidalar arasında olan ağız allergiya sindromuna (AAS) səbəb olur. Bu halda qida immun sistemini reaksiya verməyə vadar edir, çünki meyvə zülalları tozcuq zülallarına oxşayır", - deyə həkim açıqlayıb.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
70
1
redaktor.az

2Sources