EN

Ucarda yol-nəqliyyat hadisəsi ölümlə nəticələndi

Ucarda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Bakı–Qazax magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Araz Ayaz oğlu Məmmədov idarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada — Ucar rayon sakini, 1962-ci il təvəllüdlü Zili Baba qızı Verdiyevanı vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
39
6
olke.az

7Sources