EN

Sözlərin istifadəsi üslub və estetik seçimlə bağlıdır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

““Abi” və “brat” sözləri gündəlik ünsiyyətdə işlədilir, lakin bunlar Azərbaycan dilində orijinal söz olan “qardaş”ın yerini tam əvəz etmir. Bu, qismən dilimizin xarici təsirlərə açıq olmasının göstəricisidir”.Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, dilçi Ramilə Qasımova Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, iki hecalı sözlərin üstünlük təşkil etməsi səs baxımından yüngüllük yaradır, amma məzmun zənginliyini artırmır:““Qardaş” da iki hecalıdır, amma bəziləri onu köhnəlmiş və ciddi hesab etdiyindən az istifadə edirlər. “Evren” və “kainat” məsələsində problem daha çox estetik qavrayışla bağlıdır. “Kainat” sözü dilimizdə tam uyğundur, lakin bəzi aparıcılar daha yüngül səslənən “evren”i seçir. Bu seçim daha çox modern üslub və rahat tələffüzlə əlaqədardır. Bu, dilimizin söz ehtiyatının zəifləməsi deyil. Sözlərin istifadəsi üslub və estetik seçimlə bağlıdır. Milli sözlərimizi kənara qoymaq doğru deyil. “Qardaş” və “kainat” kimi sözlər dilimizdə mövcud olan zənginliyi göstərir. Xarici sözlər bəzi hallarda ünsiyyət rahatlığı üçün istifadə olunsa da, milli sözlərin dəyəri azalmamalıdır. Faiq Ağayevin narahatlığı üslub məsələsidir, amma dil qaydaları baxımından əsas problem yoxdur”.Qeyd edək ki, Faiq Ağayev irad bildirib ki, iki azərbaycanlı görüşür, biri-birlərinə “abi”, “brat” deyirlər. "Qardaş" deyən yoxdur. İki hecalı sözdür. Aparıcıların çoxu da efirdə durub deyir ki, “evren” mənə müsbət enerji göndərir.  Axı dilimizdə gül kimi “kainat” sözü var. Bu söz niyə xoşunuza gəlmir?”Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
demokrat.az

1Sources