EN

Türkiyə Prezidenti: İsrailin Somalilendin müstəqilliyini tanımaq qərarı qəbuledilməzdir

Somalinin ərazi bütövlüyünün müdafiəsi Türkiyə üçün vacib məsələdir.

"Far.Az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Somalidən olan həmkarı Hasan Şeyx Mahmudla mətbuata birgə bəyanat zamanı Türkiyə Prezidenti bildirib ki, İsrailin Somalilendin müstəqilliyini tanımaq qərarı qəbuledilməzdir:

"Benyamin Netanyahu hökuməti Qəzza, Livan, Yəmən, İran, Qətər və Suriyaya hücumlardan sonra Afrika ölkəsində aranı qarışdırmaq istəyir. Misir və Səudiyyə Ərəbistanı başda olmaqla, bölgə ölkələri, Avropa İttifaqı (Aİ), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb liqası İsrailin qərarını rədd edən açıqlamalar yayıb. ABŞ Prezidenti Donald Trampın mövzuya dair ilk bəyanatı da anlamlı idi".

Trampın qlobal sülh təşəbbüsündən sitat gətirən Ərdoğan bildirib ki, Türkiyə Somalinin suverenlik və ərazi bütövlüyünün müdafiəsini ehtiva edən bəyanatları dəstəkləyir. "Həllə xidmət etməyən istənilən addım problemi daha da mürəkkəbləşdirir", - Türkiyə Prezidenti vurğulayıb. Ərdoğan əlavə edib ki, Somali ilə bağlı veriləcək bütün qərarlarda xalqın iradəsi nəzərə alınmalıdır.

Somalinin Prezidenti Hasan Şeyx Mahmud dəstəyə görə, Türkiyəyə minnətdarlıq edib. "Somalinin ərazi bütövlüyü təhdid altında olan dönəmdə Türkiyə bizim yanımızda oldu. Biz də Somalini parçalanmadan qoruyub güclü dövlətə çevrilmək istəyirik" , - Şeyx Mahmud qeyd edib.

O da çıxışında Somalilendin İsrail tərəfindən tanınmasını pisləyib.

Chosen
57
5
far.az

6Sources