EN

BƏƏ XİN: "Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən bombalanan gəmilərdə silah olmayıb"

"Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən bombalanan gəmilərdəki yüklərdə silah olmayıb".

Moderator.az RBC.ru-ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, yüklər Yəməndə fəaliyyət göstərən BƏƏ hərbçiləri üçün nəzərdə tutulub. Gəmilərin hərbçilər üçün nəqliyyat vasitələri daşıdığı bildirilib.

BƏƏ XİN Ər-Riyadın hərəkətlərindən təəssüfləndiyini qeyd edib.

Xatırladaq ki, Əl-Fuceyra əmirliyindən gələn iki gəmi dekabrın 27-28-də Mükəlla limanına daxil olub. Səudiyyə Ərəbistanı qüvvələri bu gəmilərin qanunsuz silah daşıdığını iddia edərək onları bombalayıb.

Chosen
68
3
moderator.az

4Sources