Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakışəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yanğın baş verməsibarədə məlumat daxil olub
Trend xəbər verir ki, bubarədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədəbaş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşənyaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdəsöndürülüb.
Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.