EN

Sosial şəbəkələrdə diplom işi yazılması “alveri” –Boşluqlar nədədir?VİDEO

Ödənişli əsaslarla diplom işi, dissertasiya, kurs işi və digər xidmətlər həyata keçirilir.

Xezerxeber.az xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə "diplom işi yazılır", "dissertasiya hazırlanır", "plagiatsız zəmanət" kimi elanlar verən səhifələrin sayı xeyli artıb. Bu səhifələr tələbələrə ödənişli əsaslarla diplom və buraxılış işləri yazmağı təklif edir, qiymətlər isə səhifə sayına və təhvil müddətinə görə dəyişir.

Milli Məclisinn elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirir ki, bu cür hallar geniş yayıldıqca ali təhsilin nüfuzu zədələnir. Uzunmüddətli perspektivdə isə bu, ixtisaslı kadr çatışmazlığına və peşəkar səviyyənin aşağı düşməsinə səbəb olur.

Deputat qeyd edib ki, universitetlər tələbələrin diplom işlərini yoxlayarkən və dissertasiya zamanı bu kimi halların qarşısını almaq üçün ciddi nəzarət etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
16
xezerxeber.az

1Sources