EN

İran Prezidenti Məsud Pezeşkian bəyanatla çıxış etdi: etirazçıların tələblərini qulaqardına vurmayın!

Ölkədə baş verən etiraz aksiyaları son üç ildə baş verən ən böyük etirazlar fonunda verir. İran Prezidenti Məsud Pezeşkian belə bir açıqlama ilə çıxış edib.

Editor.az bildirir ki, İran mediası bu barədə məlumat yayıb. İran rialının ABŞ dollarına qarşı tarixi aşağı düşməsi səbəbindən ölkənin böyük şəhərlərində (Tehran, İsfahan, Şiraz və Məşhəd) kütləvi mitinqlər başlayıb. Prezident Pezeşkian İran hökumət rəsmilərini etirazçıların tələblərini qulaqardına vurmamağa, onları ciddi qəbul etməyə çağırıb: “Daxili İşlər Nazirinə etirazçıların nümayəndələri ilə dialoq aparmağı, onların ədalətli tələblərini dinləməyi və dövlətin bütün potensialından istifadə edərək onların problemlərini həll etmək üçün hərəkətə keçməsini təmin etməyi tapşırmışam”, – Məsud Pezeşkian deyib.

Qeyd edək ki, İranda sonuncu dəfə belə bir etiraz dalğası 2022-ci ilin sentyabrında, Dini Əxlaq Polisinin Müşahidə Patrul Xidməti tərəfindən həbs edildikdən sonra Mahsa Əmininin ölümündən sonra qeydə alınıb.

//Samir Qurbanov, Editor.az

Chosen
34
editor.az

1Sources