EN

ABŞ qoşunları Ukraynaya yeridilir?

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ukraynada Amerika sülhməramlılarının yerləşdirilməsi məsələsini müzakirə etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Strana.ua nəşrin məlumat yayıb.

“Biz bunu həm Prezident Tramp, həm də “həlledici koalisiya”nın nümayəndələri ilə müzakirə edirik. Biz bunun baş verməsini istərdik”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu, Ukraynanın təhlükəsizliyinin təmin edilməsində güclü bir mövqe olardı.

Chosen
88
1
publika.az

10Sources