EN

​Dollar kəskin ucuzlaşacaq -

Dollar kəskin ucuzlaşa bilər. Metbuat.az xəbər verir ki, cari ildə əsas valyutalar səbətinə qarşı 9,6 faiz dəyər itirən dolların tendensiyanı davam etdirəcəyi proqnozlaşdırılır. Bu barədə “Financial Times”də dərc edilən məqalədə deyilir. Proqnozlara görə, dollar 2017-ci ildən bəri ən kəskin illik ucuzlaşmaya məruz qala bilər. Xəbərdə deyilir ki, dolların ucuzlaşmasının səbəbi ABŞ Prezidenti Donald Trampın ticarətlə bağlı həyata keçirdiyi siyasətlə bağlıdır. Bildirilir ki, Trampın siyasəti bir sıra dövlətlərlə ticarət gərginliyinə və dolların əsas valyutalar səbətinə qarşı dəyər itirməsinə səbəb olub. Xəbərə görə, bu gərginlik avronun möhkəmlənməsinə səbəb olub.

Avronun dəyəri 14 faiz artıb. Bildirilir ki, ABŞ üçün dolların dəyər itirməsi ixrac baxımından faydalıdır. Lakin ABŞ bazarından gəlir əldə edən Avropa şirkətləri dolların zəifləməsindən zərərə məruz qalıb.

Chosen
78
metbuat.az

1Sources