2017-ci ildə Ginnesin Rekordlar Kitabına dünyanın ən kök adamı kimi daxil edilmiş meksikalı Xuan Pedro Franko vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb.
"Dünyanın ən kök kişisi kimi tanınan meksikalı Xuan Pedro Franko 41 yaşında böyrək infeksiyasından vəfat edib". - qəzaet yazıb.
Həkiminin sözlərinə görə, Frankonun səhhəti son günlərdə böyrək infeksiyası səbəbindən pisləşib və bu infeksiya onun ölümünə səbəb olub.
2017-ci ildə Franko 595 kiloqram ağırlığında dünyanın ən ağır çəkili insanı kimi Ginnesin Rekordlar Kitabına daxil olub.