EN

“Putinlə istənilən formatda görüşməyə hazıram”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə istənilən məqbul formatda danışıqlara hazır olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, o, bunu “Telegram” kanalında bildirib və görüşün qarşısını alan yeganə maneənin Rusiyanın tərəddüd etməsi olduğunu vurğulayıb.

“Dedim və təsdiq edirəm: Prezident Trampa və Avropa liderlərinə Putinlə istənilən formatda görüşə hazır olduğumu bildirdim . Heç bir danışıqlar formatından qorxmuram”, - deyə Zelenski yazıb.

O, həmçinin sülh planını həyata keçirən ilk sənədlərin gələn ilin yanvar ayında hazırlanıb imzalanacağına ümid etdiyini bildirib.

Chosen
65
publika.az

1Sources