EN

İsveçdə vəfat edən Milli Qəhrəmanımız bu adı necə qazanıb? Pənah Hüseyn açıqladı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev İsveçdə uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun hansı əməliyyatdan sonra və necə təltif edilməsi ictimai maraq doğurub. Bildirilir ki, Şahin Tağıyevin Milli Qəhrəman adına layiq görülməsi Əbülfəz Elçibəyin prezidentliyi dövrünə təsadüf edir.

Globalinfo.az bununla bağlı Əbülfəz Elçibəyin prezidentliyi dövründə baş nazir vəzifəsində çalışmış Pənah Hüseynlə əlaqə yaradıb.

O bildirib ki, Şahin Tağıyev 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb:

“1992-ci ildə baş verən yay hücumu ilə bağlı Müdafiə Nazirliyi tərəfindən təqdimat keçirilmişdi. Həmin dövrdə Ağdərə rayonu azad olunmuşdu. Bu əməliyyatlarda iştirak edən silahlı qüvvələrin nümayəndələrinə – Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi xətti ilə, eləcə də özünümüdafiə qüvvələrindən olan şəxslərə Milli Qəhrəman adı verilmişdi.

Çünki işğal olunmuş geniş ərazilərin bir hissəsi məhz həmin yay hücumu kampaniyası zamanı azad edilmişdi. İlk təltif olunanlardan biri də Şahin Tağıyev idi. Yaxın münasibətimiz olmasa da, Milli Qəhrəmanımızı tanıyırdım. Allah rəhmət eləsin!”

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
globalinfo.az

1Sources