EN

İsrailin bu qərarı Somalidə etirazlara səbəb oldu

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Somalidə İsrailin Somaliləndi tanımasına etiraz olaraq nümayişlər keçirilib. Aksiya Moqadişo olmaqla, bir sıra digər bölgələrdə də davam edib.

Globalinfo.az xəbər verir ki, İsrailin Somalilənd ilə rəsmi münasibətlər qurmaq qərarı bir neçə gün ərzində bir sıra ölkələr tərəfindən tənqid edilib. Bunlara Çin, bölgədə təsirini gücləndirən Türkiyə, həmçinin Avropa və Afrika İttifaqları daxildir.

ABŞ nümayəndəsi BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında İsraili müdafiə edib. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkəsi İsrailin bu addımını təkrarlamayacaq.

Xatırladaq ki, daha əvvəl rəsmi Bakı da Somalinin ərazi bütövlüyünü tanıması barədə bəyanat yayıb.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
93
3
globalinfo.az

4Sources