EN

C vitamini həddən artıq qəbul olunarsa, nə baş verər?

Küləkli və soyuq havalar yaxınlaşdıqca insanlar adətən immunitet sistemini güclü saxlamaq üçün C vitamini qəbul edir. Lakin C vitamininin yüksək dozada qəbul edilməsi əlavə təsirlərə səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, C vitamini qrip və digər soyuqdəymə xəstəliklərinə qarşı immun sistemi gücləndirə, həmçinin ürək-damar və dəri sağlamlığını dəstəkləyə bilər.

Mütəxəssislər qeyd edir ki, C vitamini dəridə kolagen istehsalını artırır, elastikliyini qoruyur, damarların elastikliyini gücləndirir, qan təzyiqinə müsbət təsir edir və dəmirin orqanizmdə daha yaxşı mənimsənməsinə kömək edir.

Lakin orqanizm C vitaminini özü istehsal etmədiyi üçün onu mütləq yemək yolu ilə qəbul etməliyik.

C vitamini ilə zəngin təbii qidalar bunlardır:

Orta ölçülü portağal: 70 - 80 mg  - gündəlik ehtiyacı qarşılaya bilər

Orta ölçülü mandalin: 20 - 30 mg - 2-3 ədəd gündəlik ehtiyacı ödəyə bilər

100 g cəfəri: 190 mg - günlük ehtiyacdan çoxdur

Orta kivi: 60 - 80 mg

Qırmızı bibər: 100 -150 mg - təkcə bu da ehtiyacı ödəyə bilər

Bir porsiya brokoli: 40 - 80 mg

Yarım limon suyu: 15 mg

Bir stəkan pomidor şirəsi: 20 - 50 mg.

Mütəxəssislər ümumiyyətlə gündəlik C vitamini tələbatını belə qiymətləndirir:

Kişilər üçün təxminən 90 mg

Qadınlar üçün təxminən 75 mg

Siqaret çəkən insanlar isə əlavə təxminən 35 mg daha çox qəbul etməlidir.  

Aydan Hacı 


Telegram kanalımız
Chosen
37
yenisabah.az

1Sources