EN

Rektor əvəzinin professor statusu əlindən alındı

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqov professorluq statusundan məhrum edilib

"Unikal" Globalinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.

Qərarın səbəbi hələ rəsmi açıqlanmayıb. Qeyd olunur ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə isə professor elmi adına layiq görülmüşdü.

Chosen
112
1
unikal.az

7Sources