EN

Ronaldo son 16 ildə ilk dəfə het-trik edə bilmədi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2025-ci təqvim ilini rəsmi oyunlarda het-trik etmədən başa vurub.

Publika.az xəbər verir ki, bu barədə “Spor” saytı məlumat yayıb.

Bu, Ronaldonun 2009-cu ildə “Real Madrid”də çıxış etdiyi mövsümdən bəri ilk belə haldır. Portuqaliyalı futbolçu 2025-ci ildə bütün turnirlər üzrə 41 qol vurub. O, sonuncu qolunu çərşənbə axşamı Səudiyyə Ərəbistanı Premyer Liqasında səfərdə “Əl-İttifaq”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyunda qeyd edib.

Chosen
63
1
publika.az

10Sources