EN

Dünyanın ən ağırçəkili insanı vəfat etdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Meksikada dünyanın ən ağırçəkili insanı Xuan Pedro Franko vəfat edib.

Oxu.Az bu barədə "El Universal" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, 41 yaşlı meksikalı böyrək infeksiyasından dünyasını dəyişib.

Xatırladaq ki, 2017-ci ildə Franko 595 kq ilə dünyanın ən ağırçəkili adamı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Onu müalicə edən həkim Frankoya Aralıq dənizi pəhrizi təyin etmiş, daha sonra isə o, iki əməliyyat keçirmişdi ki, bu da çəkisini 49% azaltmağa imkan vermişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
13
oxu.az

10Sources