EN

Qazaxıstanda LGBT təbliğatı qadağan edildi -RƏSMİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunu imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, daha əvvəl Qazaxıstan Senatı sənədi iki oxunuşda təsdiqləmişdi. Qanun uşaqların onların sağlamlığına və inkişafına zərər verən məlumatlardan, o cümlədən pedofiliya və qeyri-ənənəvi cinsi orientasiya təbliğatından qorunmasına yönəlib.

 

Dəyişikliklər uşaq hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və KİV haqqında qanunlar da daxil olmaqla, doqquz əsas qanunu əhatə edir. Qanunvericiliyə "Qeyri-ənənəvi orientasiya təbliğatı" anlayışı daxil edilir və onun KİV-də, onlayn platformalarda və telekommunikasiya şəbəkələrində yerləşdirilməsinə məhdudiyyətlər qoyulur.


Chosen
7
4
senzor.az

5Sources