EN

İlin ən böyük bank soyğunu baş verdi

Almaniyanın Gelzenkirxen şəhərində 34 milyon avro dəyərində böyük bank soyğunu baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

"Almaniya ilin sonunda böyük bir soyğunçuluq hadisəsini müzakirə edir. Soyğunçular bir ofisin divarında böyük bir dəlik açıb birbaşa Gelzenkirxendəki bankın seyfi olan otağa daxil olublar", - qəzet yazıb.

Oğrular seyflərdən əllərindən gələn hər şeyi oğurlayıb qaçıblar. Bankın 2700 müştəriyə icarəyə verilən müxtəlif ölçülü 3300 seyfi var. Hər seyf 10300 avroya qədər sığortalanıb.

Nəşr hesablayıb ki, bütün seyflər dolu olarsa və nəticədə hamısı qarət olunarsa, sığorta itkiləri təxminən 34 milyon avroya bərabər ola bilər.

Chosen
42
2
publika.az

3Sources