EN

XİN Həmrəylik Günü və Yeni il münasibətilə paylaşımETDİ

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) həmvətənlərimizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki səhifəsində paylaşım olunub.

"Xalqımızın birlik və həmrəyliyinin rəmzi olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, dövlətimizə və xalqımıza firavanlıq, sabitlik və yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.

https://x.com/AzerbaijanMFA/status/2006181285044031851

Chosen
32
46
redaktor.az

10Sources