EN

Almaniyanın müharibə üçün məxfi planı

AzVision.az xəbər verir ki, bununla bağlı materiallarla tanış olan “Politico” nəşrinin jurnalistlərinin məlumatına görə,sənəd Berlinin müdafiəsini necə təşkil etmək və NATO daxilində münaqişə baş verəcəyi təqdirdə hərəkətlərin koordinasiyasına dair müddəalardan ibarətdir.

“Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra artan gərginlik fonunda Almaniya logistika və NATO-ya əlavə qüvvələr göndərilməsinin planlaşdırılmasında əsas rolu öz üzərinə götürüb. Kiber əməliyyatlar və informasiya müharibəsi də daxil olmaqla hibrid tədbirlər arxa plan kimi deyil, mümkün hərbi eskalasiyaya hazırlığın bir hissəsi kimi də nəzərdən keçirilə bilər”,- materialda deyilir.

Münaqişə halında Almaniyaya böhranın ilkin mərhələsində təzyiqə məruz qala bilən NATO qüvvələri üçün əməliyyat bazası və tranzit dəhlizi kimi baxılır. Bu, ölkənin alyans qoşunlarının hərəkətinin, təchizatının və əlaqələndirilməsinin təmin edilməsində oynadığı rola aiddir.

Materialda bildirilir ki, 24 səhifəlik sənəd daha əhatəli planın “yüngül versiyası”dır. Onun məqsədi mülki və hərbi qurumların hərəkətlərini əlaqələndirmək və Almaniyanın əsas logistika mərkəzi kimi rolunu müəyyən etməkdir.

Silahlı münaqişə baş verəcəyi təqdirdə Almaniya uzaqmənzilli zərbələr üçün prioritet hədəfə çevrilə bilər. Potensial hücumların həm hərbi, həm də mülki infrastrukturu hədəfə alacağı gözlənilir.

Nəşrin məlumatına görə, son aylarda Almaniya və onun müttəfiqləri sənəddə təsvir olunan ssenarilərə uyğun gələn bir sıra insidentlərlə üzləşiblər.

Həmçinin, casusluq, kiberhücumlar və siyasi institutlara, kritik infrastruktura və ictimai rəyə təsir cəhdlərinin artması barədə məlumatlar var. Almaniyanın Daxili İşlər naziri Aleksander Dobrindt daha əvvəl ölkənin gündəlik olaraq hibrid təhlükələrlə üzləşdiyini bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az
Chosen
42
5
azvision.az

8Sources