EN

Məşhur aktyor ailəsi ilə birlikdə Fransa vətəndaşlığını qəbul edib

Corc Kluni rəsmi olaraq Fransa vətəndaşlığını qəbul edib.

Ölkə.az xəbər verir ki, 64 yaşlı aktyor Corc Kluni, həyat yoldaşı 47 yaşlı Britaniya-Livan insan haqları fəalı Amal Kluni, səkkiz yaşlı əkizləri Aleksandr və Ella ilə birlikdə Fransa pasportları alıblar.

2021-ci ildə cütlük Fransanın cənubunda bir ev alıb və keçən il Kann yaxınlığında daha geniş bir mülkə təxminən 6,7 milyon funt sterlinq (təxminən 9 milyon dollar) investisiya qoyublar. Cütlüyün həmçinin Böyük Britaniya, İtaliya, ABŞ və Nyu-Yorkda evləri var.
Maraqlıdır ki, Kluni ilk dəfə 2017-ci ilin iyun ayında Fransa televiziyasında uşaqlarının dünyaya gəldiyini elan edib. Aktyor dəfələrlə Fransanın məxfilik qanunlarına heyranlığını vurğulayıb.

Mürtəza

Chosen
111
1
olke.az

2Sources