ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Qış “transfer pəncərəsi”ndə “Qarabağ”dan ayrılması gözlənilən 5 futbolçudan ibarət siyahının başında Marko Yankoviç var idi. Görünən qədəri ilə 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”da qalacaq.Belə ki, klub ötən gün sosial şəbəkə hesabında ÇL-in liqa mərhələsinin ilk oyununda “Benfika”ya vurulan 3 qoldan birini – Yankoviçin Durana məhsuldar ötürmə verməsini paylaşaraq “Yankoviç - Duran” yazıb. Görünür, klubla futbolçu arasındakı “buzlar əriyib”, qalmaqla bağlı razılaşıblar.Xatırladaq ki, Yankoviçin Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdi.MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.