EN

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Lerik, 31 dekabr, İlkin Adıyev, AZƏRTAC

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında qeydə alınıb.

AZƏARTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralanan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
85
6
azertag.az

7Sources