EN

Merz: “Fələn il Almaniya və Avropa üçün irəliləyiş ili olacaq”

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

"Bunu əldə etmək üçün özümüzə, cəsarətimizə və hərəkətimizə inanmalıyıq”

Almaniya kansleri Fridrix Merz xalqa Yeni il müraciətində qarşıdan gələn ilin həm Almaniya, həm də bütövlükdə Avropa üçün irəliləyiş ili ola biləcəyini söyləyib. AYNA.AZ xəbər verir ki, onun sözləri “Tageschau” tərəfindən yayımlanıb.

"Biz xarici şəraitin qurbanı deyilik. Biz böyük dövlətlərin əlində top deyilik", Merz bəyan edib.

Kanslerin sözlərinə görə, 2026-cı il Almaniya və Avropanın onilliklər boyu azadlıq, sülh və rifah dövrünün başlayacağı il olacaq.

"Bunu əldə etmək üçün özümüzə, cəsarətimizə və hərəkətimizə inanmalıyıq. Gəlin həyəcan təbili çalanlara və pessimistlərə qulaq asmayaq", Merz vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
ayna.az

1Sources