EN

Türkiyədə qar uçqunu baş verib

Bakı. Trend:

Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriyakəndində qar uçqunu baş verib.

Trend xəbər verirki, bu barədə Artvin valisi Turan Ergün məlumat verib.

Vali bildirib ki, uçqun nəticəsində ərazidəki çobanların uçqunaltında qaldıqları ehtimal edilir və xilasetmə komandaları hadisəyerinə çatmağa çalışır.

O həmçinin qeyd edib ki, bölgədə hava şəraiti əlverişsizdir,lakin Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD)və digər müvafiq qurumların qrupları çətin şəraitə baxmayaraqxilasetmə əməliyyatları üçün əraziyə çatmağa çalışırlar.

Chosen
129
4
az.trend.az

7Sources