EN

​Dünyanın ən varlı süpürgəçisi -

Dünyanın ən varlı süpürgəçisi ABŞ-da yaşayır. Onun illik gəlirinin 260 min dollardan çox olduğu bildirilir. Metbuat.az xəbər verir ki, Liang Zhao Zhang adlı süpürgəçi ABŞ-ın Kaliforniya statinın San Fransisko şəhərində dəmiryolu şirkətində işləyir. Onun aylıq maaşı təxminən 8500 AZN təşkil edir. Zhangın işdən sonra qazandığı vəsait isə aylıq maaşından 3 dəfə çoxdur. Xarici KİV Liang Zhao Zhangın bəzən gündə 17 saat işlədiyini yazıb. Zəhmətkeş süpürgəçinin illərlə məzuniyyətə çıxmadığı bildirilir.

İnsan hüquqları ilə məşğul olan qurumlar bir əməkdaşın gündə 15-17 saat işləməsinin qanunvericiliyə zidd olduğunu vurğulayıblar. Onlar əmək qanunvericiliyini pozduğuna görə Zhangın çalışdığı şirkətin rəhbərliyini sərt tənqid ediblər.

Chosen
66
1
metbuat.az

10Sources