EN

Paşinyan bu hərəkəti yenə etdi – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan son dövrlərdə sosial şəbəkələrdə paylaşdığı qısa videolarla diqqət çəkməyə davam edir.

Musavat.com-un xəbərinə görə, o, bu videolarda demək olar ki, eyni davranış tərzini təkrarlayır: danışmadan, sükut içində kameraya baxır, gülümsəyir və iki əlini birləşdirərək ürək formasında “sevgi” jesti nümayiş etdirir.

Paşinyan bu görüntüləri adətən “Sizi sevirəm” mesajı ilə paylaşır.

Maraqlıdır ki, o, harada olmasından asılı olmayaraq – istər Moskva, istər Paris, istərsə də İrəvanda – eyni jesti təkrarlamaqla artıq sosial mediada bu hərəkəti ilə “tanınmağa” başlayıb. Onun bu davranışları təkcə Ermənistan daxilində deyil, Türkiyə mediasında da xəbərə çevrilir.

Son olaraq Paşinyan bu gün yenə eyni jesti edərək sosial şəbəkə izləyicilərinə “sevgi” mesajı göndərib və görüntüləri paylaşaraq ictimaiyyətin diqqətinə təqdim edib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl də zərb alətlərində ifası, eləcə də hökumət komandasının üzvləri və tərəfdarları ilə birlikdə rəqs etdiyi videolarla sosial medianın gündəminə gəlmişdi. Görünən odur ki, Ermənistanın baş naziri yeni siyasi imic formalaşdırmaq, ictimaiyyət qarşısında “yumşaq” və “emosional” obraz yaratmaq cəhdlərini davam etdirir.

Bir zamanlar müharibə aparan, işğalçı ordunun siyasi rəhbəri olmuş bir şəxsin bu cür diametral imic dəyişimi isə regional ictimaiyyət üçün heyrət doğurmaya bilməz.

Chosen
67
1
editor.az

2Sources