EN

Görün Haaland boş vaxtlarında hansı idman növü ilə məşğul olur FOTO

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Mançester Siti” və Norveç yığmasının hücumçusu Erlinq Haland sosial mediada boş vaxtlarında qolf oynayarkən çəkdirdiyi şəkilləri paylaşıb.

Moderator.az xəbər verir ki, futbolçu paylaşımına Norveç və Birləşmiş Krallığın dövlət bayraqlarını əks etdirən iki emoji və “Birinci hissə” başlığı əlavə edib. Oyunçu əvvəllər Böyük Britaniya pasportu almaq istədiyini etiraf etmişdi.

Erlinq Haland 2022-ci ilin yayından bəri “Siti”də oynayır. Bu müddət ərzində o, komandanın heyətində 170 oyunda meydana çıxıb, 149 qol vurub və 25 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, onun hazırkı bazar dəyəri 200 milyon avrodur.

(Publika)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
91
2
moderator.az

3Sources