EN

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Chosen
56
11
apa.az

10Sources